Susay kəndində səyyar vətəndaş qəbulu keçirilib.
11 sentyabr 2026 | 20:11
Susay kəndində səyyar vətəndaş qəbulu keçirilib.
11 sentyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Susay kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Susay kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.








