Şriftin ölçüsü :

Saytın rəngi :

Talabıqışlaq inzibati ərazi dairəsi üzrə kəndlərin sakinləri ilə görüş keçirilmişdir.

28 mart 2023 | 18:30

28 mart 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Talabıqışlaq kəndində son günlər bəzi sosial şəbəkələrdə həmin kənddə və digər qonşu kəndlərdə meşələrin qanunsuz qırılması barədə yayımlanmış materiallarla bağlı həmin kəndlərin sakinləri ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsinin və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərləri və əməkdaşları, Talabıqışlaq İƏD üzrə kəndlərin sakinləri iştirak etmişdir.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qeyd olunan məsələ ilə əlaqədar öz fikirlərini bildirmiş, vətəndaşları ətraflı dinləmiş və ətraflı araşdırmalar aparılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər