Şriftin ölçüsü :

Saytın rəngi :

Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilmişdir.

07 iyul 2023 | 14:54

7 iyul 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər