Şriftin ölçüsü :

Saytın rəngi :

Talabıqışlaq kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

15 noyabr 2022 | 14:25

15 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə yenicə tikilmiş Talabıqışlaq kənd tibb məntəqəsindəki şəraitlə yaxından tanış olmuşdur.

Keçidlər