TƏBİB-in icraçı direktoru Anar Bayramov Qubada vətəndaşları qəbul edib.
16 oktyabr 2026 | 16:01
TƏBİB-in icraçı direktoru Anar Bayramov Qubada vətəndaşları qəbul edib.
16 oktyabr 2026-cı il tarixdə TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən Quba rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və TƏBİB-in icraçı direktoru Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etmişlər.
Daha sonra TƏBİB-in icraçı direktoru Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmişdir.








