Təngəaltı kəndində səyyar vətəndaş qəbulu keçirilib.
Təngəaltı kəndində səyyar vətəndaş qəbulu keçirilib.
13 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsinin Təngəaltı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri və görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflərin operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilmiş, kənd sakinləri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçu Altun Əliyevin xatirəsinə yaradılmış guşənin, Təngəaltı kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Rizvan Cəbrayılovun büstünün, həmçinin təhsil müəssisəsindəki Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.








