Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir

30 oktyabr 2022 | 19:29

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqlar, Quba Rayon İcra Hakimiyyəti başçısı cənab Ziyəddin Əliyev və RİHB aparatının məsul şəxsləri İqrığ kəndində türk şəhidlərinin məzarını, Quba rayon Şəhidlər Xiyabanı ziyarət etmiş, Aşağı Atuc kəndində “Guba Agro” MMC və “Cənnət” MMC-nin istehsal sahələri və nümunəvi alma bağı ilə tanış olmuş, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan - Türkiyə Qardaşlıq Parkını ziyarət etmişlər.

Keçidlər