Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladislav Kanevski Quba rayonuna səfər etmişdir.
30 noyabr 2023 | 17:37
30 noyabr 2023-cü il tarixdə Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladislav Kanevski Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində diplomat Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşmüş, 17 dekabr 2019-ci il tarixdə imzalanmış “Quba şəhəri (Azərbaycan Respublikası) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə”də nəzərdə tutulan tədbirlərlə əlaqədar qonaqla geniş fikir mübadiləsi aparılaraq, ona Quba rayonu haqqında ətraflı məlumat verilmişdır.