“Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi - 100” mövzusunda seminar keçirilmişdir.
6 iyul 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi - 100” mövzusunda seminar keçirilmişdir. Seminarda Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Billurə Aslanova, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, din xadimləri, təhsil və mədəniyyət işçiləri, gənclər, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Seminardan əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuşdur.