Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Quba rayon qadınlarının toplantısı keçirilmişdir.
5 oktyabr 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Quba rayon qadınlarının toplantısı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın və gənclər iştirak etmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyulmuş və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qadınlara böyük diqqət və qayğı göstərilir.