Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Zərərli vərdişlərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

05 dekabr 2023 | 16:09

05 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin akt zalında Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Zərərli vərdişlərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağrışaqədərki hazırlıq idarəsinin rəisi polnovnik-leytenant Fizuli İsmayılov,  İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Sadiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məktəblilər iştirak etmişlər. Tədbirdən əvvəl iştirakçılar Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olmuşlar.

Keçidlər