Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmışdır.

12 dekabr 2022 | 12:56

12 dekabr 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının on doqquzuncu ildönümü ilə əlaqədar Ümummilli Liderimizin Quba şəhərində adını daşıyan  mədəniyyət və istirahət parkındakı abidəsi səhər saatlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri tərəfindən ziyarət edilmişdir. Ulu Öndərin abidəsinin ziyarəti gün ərzində davam etmiş, ziyarətdə idarə müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Keçidlər