Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru və üzvləri ilə görüş keçirilmişdir.

06 avqust 2024 | 16:12

Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru və üzvləri ilə görüş keçirilmişdir.

 

 

6 avqust 2024-cü il tarixdə “Cənubi Qafqazda Ekoloji Dəhlizlərin Təşviqi” layihəsinin növbəti mərhələsinin uğurla davam etdirilməsi ilə əlaqədar Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov, layihə komandasının üzvləri Jernej Stritih və Xəyyam İsmayılov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşmüşdür. Görüşdə Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov 2002-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA  İctimai Birliyi ilə birgə “Qafqazda bəbirlərin mühafizəsi”, “Ceyranların tarixi arealının bərpası”, “Meşə kəllərinin Azərbaycana qaytarılması” kimi bir sıra maraqlı layihələrə imza atdıqlarını bildirmişdir.

         Daha sonra digər irimiqyaslı layihələrindən biri olan “Cənubi Qafqazda Ekoloji Dəhlizlərin Təşviqi” layihəsinin birinci fazasının 2016-2020-ci illərdə  Quba rayonunun Qonaqkənd qəsəbəsi və Xınalıq kənd icmaları ilə təbiəti mühafizə sahəsində konkret işlərin görüldüyünü və ekoloji  dəhlizlərin yaradıldığını qeyd etmişdir.

Bundan əlavə olaraq layihənin 2022-ci ildə başlamış ikinci fazasında eko-dəhlizlərin genişləndirilməsi nəzərdə tutulduğundan bu mərhələdə Quba rayonunun Xaltan, Nütəh, Rəngidar, Çarxaçu, Muçu və Xaşı kəndlərini layihədən bəhrələnmək imkanlarını vurğulamış və qeyd olunan layihələrin keçirilməsinə dəstək göstərdiyinə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova öz təşəkkürlərini bildirmişlər.  

Keçidlər