Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba şəhərində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib

10 may 2024 | 19:54

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba şəhərində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı beynəlxalq folklor rəqs və yaradıcılıq festivalı keçirilib

 

10 may 2024-cü il tarixdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı beynəlxalq folklor rəqs və yaradıcılıq festivalında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və təhsil işçiləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və tələbələr iştirak etmişdir.

Tədbir respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin hazırladıqları sərgilərə tanışlıqla başlamış, sonra isə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, həmçinin respublikamızın ayrı-ayrı rayonlarının və rayonumuzun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin paradı ilə davam etmişdir.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da qeyd olunan rəqs kollektivlərinin rəngarəng rəqs nömrələrinin nümayişi ilə davam etmiş, sonda isə atəşfəşanlıq təşkil olunmuşdur.

Keçidlər