Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin abidəsi rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib

10 may 2024 | 16:14

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin abidəsi rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib

 

10 may 2024-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Quba şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın sədri və üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi, yerli və xarici qonaqlar tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülmüşdür.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.

Keçidlər