Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Qubada “Müstəqil Azərbaycanın memarı” adlı praktik konfrans keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Qubada “Müstəqil Azərbaycanın memarı” adlı praktik konfrans keçirilmişdir.
10 may 2025-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı” adlı praktik konfrans keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də respublikamızın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilmişdir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olmasından danışılmış, Ümummilli Liderin həyat yolunun yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olduğu vurğulanmış, ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğu vurğulanmışdır. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddətdə əsrlərə bərabər tarixi inkişaf yolu keçdiyi bildirilmiş, Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə və 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etdiyi qeyd edilmişdir.