Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edilib.
10 may 2025-ci il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülmüşdür.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.