Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar qanvermə aksiyası keçirilmişdir.

28 aprel 2023 | 16:37

28 aprel 2023-cü il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.

Keçidlər