Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı II Beynəlxalq rəqs və yaradıcılıq festivalı keçirilmişdir.
7 may 2025-ci il tarixdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı II Beynəlxalq rəqs və yaradıcılıq festivalının iştirakçıları və qruplarının rəhbərləri ilə Quba rayon Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir. Görüşdə RİH başçısının müavini Səidə Abasova, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak etmişdir. Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsinin qarşısına gül dəstələri qoymuşdur.