“Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi “ istiqamətində dəyirmi masa ətrafında maarifləndirici təlim keçirilmişdir.
Quba Rayonu İcra Hakimiyyəti Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə Alekseyevka kəndi Rəhman Məmmədov adına tam orta məktəbində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 bəndinin icrası “Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə)“ istiqamətində dəyirmi masa ətrafında maarifləndirici təlim keçirilmişdir. Fəaliyyət Planınına uyğun olaraq uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlim təşkil olunub. Təlimdə rayonun ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, uşaqlarla iş sahəsində çalışan müəssisələrin əməkdaşları iştirak ediblər. Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib.
Təlimdə, həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın hallarının baş verməməsi üçün vacib olan məsələlər diqqətə çatdırılıb, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.








