Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının 2025-ci ilin yekunlarına dair iclası keçirilib.
10 dekabr 2025 | 18:02
10 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının 2025-ci ilin yekunlarına dair iclası keçirilib. İclasda komissiya sədri, komissiya üzvləri, məktəb direktoru, müəllimlər və valideynlər iştirak edib. Müzakirələr zamanı komissiyanın il ərzində gördüyü işlərə diqqət yetirilib, həmçinin rayon üzrə təhsildən yayınma hallarının qarşısını alınması və nəzarətin daha da güclənməsi ilə bağlı qərarlar qəbul edilmişdir.








