Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarının qorunması ilə əlaqədar “Gələcəyin sahibləri” mövzusunda tədbir keçirilib.

26 noyabr 2025 | 17:56

Quba Rayon İcra Hakimiyyəti və Quba Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq hüquqlarının qorunması ilə əlaqədar “Gələcəyin sahibləri” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Uşaq hüquqlarının müdafiəsi üzrə Quba rayon Komissiyasının məsul katibi Mariyə Məmmədova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Quba Rayon Mərkəzi Xəstəxananın Psixi Sağlamlıq Şöbəsinin müdiri Şahbaba Vahabzadə, Quba rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlara profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Aynur Şahbazova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev, Azad Məmmədov adına Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyinin psixoloqu Hülya Əhmədova tərəfindən çıxışlarda ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, təhlükəsizlik, təhsil və sosial rifah sahəsində tətbiq olunan dövlət siyasəti barədə məlumat verilmişdir.

Keçidlər