Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq və gənclərin IV ənənəvi yaradıcılıq gecəsi” keçirilmişdir.

15 fevral 2024 | 16:52
15 fevral 2024-cü il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi, Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Uşaq və gənclərin IV ənənəvi yaradıcılıq gecəsi” keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, qeyd olunan qurumların məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, Bakı və Sumqayıt şəhərlərinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs qrupları, təhsil və mədəniyyət işçiləri iştirak etmişdir.
Tədbirin rəsmi hissəsinin ardınca rəqs qrupları çıxışlar etmiş, sonda təltifolunma mərasimi keçirilmişdir.
Keçidlər