Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilmişdir.
26 dekabr 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Konsertdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri, tələbələr və gənclər iştirak etmişdir.
Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.








