Şriftin ölçüsü :

Saytın rəngi :

Vəlvələ kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

05 mart 2026 | 15:02

Vəlvələ kəndində səyyar vətəndaş qəbulu keçirilib.

5 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada sosial-iqtisadi sahədə əldə olunan uğurlar, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflərin operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilmiş, kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Vəlvələ kəndində yaradılmış Şəhidlər xatirə kompleksinin və Vəlvələ kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Mursalovun büstünün önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.

Keçidlər