Vətən Müharibəsi qazisinin toy mərasimi təşkil edilmişdir.
10 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi qazisi, 3-cü qrup əlil Elgün Nəsrullayevin toy mərasimi təşkil olunmuşdur. Toy mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vahid Əhmədov və Anatoliy Rafailov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik etmiş, şəhid ailələrinə və qazilərə, həmçinin Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından ətraflı danışmışdır.