Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin 40 illiyi münasibətilə “Qəhrəmanlıq dastanı" adlı anım tədbiri keçirilmişdir.
13 may 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin 40 illiyi münasibətilə “Qəhrəmanlıq dastanı" adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir.
Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpağlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhidimizə həsr olunmuş video-çarx izlənilib.
Çıxış edənlər 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev haqqında və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhramanlıqlardan danışdılar, bu cür tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etdilər.
Tədbirin sonunda məktəblilər şəhidlər barədə vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər.