Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi, baş leytenant Bayramov Ruslan Azər oğlu üçüncü dərəcəli “Vətənə Xidmətə Görə” ordenini ilə təltif olunmuşdur.

11 avqust 2022 | 17:17

11 avqust 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 iyun 2022-ci il tarixdə imzalanmış Sərəncama əsasən təltif olunmuş Vətən Müharibəsi şəhidi, baş leytenant Bayramov Ruslan Azər oğlunun ailəsinə şəhidin üçüncü dərəcəli “Vətənə Xidmətə Görə” ordeninin təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər