Vətən müharibəsi şəhidi, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi şərəfin rəmzi olan həyat: Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilmişdir.
07 aprel 2026 | 16:59
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 44 günlük Vətən müharibəsi şəhidi, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi şərəfin rəmzi olan həyat: Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ADPU-nun Quba filialının rəhbərliyi və kollektivi, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əsas məqsədi şəhidimizin keçdiyi şərəfli döyüş yoluna nəzər salmaq, onun qəhrəmanlıq nümunəsini gənc nəslə aşılamaq və əziz xatirəsini ehtiramla yad etmək olmuşdur. Çıxış edənlər Aqil Məlikovun həyat və fəaliyyətindən bəhs etmiş, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq nümunələrini xüsusi vurğulamışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.








