Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun xatirəsi əbədiləşdirildi.

08 sentyabr 2022 | 15:41

8 sentyabr 2022-ci il tarixdə Quba rayonunun İkinci Nügədi kəndində Vətən Müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun şərəfinə yaradılan xatirə bulağının açılış mərasimi keçirilmişdir. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Qeyd edək ki, bu gün şəhid Eynulla Lətifovun doğum günü ilə əlaqədar rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xatirə bulağının açılışından əvvəl şəhidin məzarını da ziyarət etmişdir.

Keçidlər