Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidlərinin adlarını daşıyan küçələrdə asfaltlama işləri davam etdirilir.

09 iyun 2023 | 14:52

9 iyun 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərində Vətən Müharibəsi şəhidləri Surxay Mehdiyev və Bəşir Abbasovun adlarını daşıyan küçələrdə aparılan yenidənqurma və asfaltlama işlərinin gedişi ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

         Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhidlərimizin ailə üzvləri ilə də görüşərək onların qayğıları ilə maraqlanmışdır. Şəhid ailələri onlara göstərilən yüksək diqqətə və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinə olan böyük ehtirama görə ölkə rəhbərliyinə, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər