Vətən Müharibəsinin şəhidləri Xələfov Cəmil Fikrət oğlu və Əhmədov Rəvan Yafət oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
10 fevral 2026-cı il tarixdə Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında 44 günlük Vətən Müharibəsinin şəhidləri Xələfov Cəmil Fikrət oğlu və Əhmədov Rəvan Yafət oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Quba RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov, YAP Quba rayon təşkilatının nümayəndəsi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak etmişdir.
Çıxış edənlər Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xələfov Cəmil və Əhmədov Rəvan haqqında, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söhbət açaraq belə tədbirlərin gənc nəsillərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığından danışıblar.
Daha sonra məktəblilər 44 günlük Vətən Müharibəsi şəhidləri Xələfov Cəmil və Əhmədov Rəvanın əziz xatirəsinə həsr olunmuş bədii kompozisiyalarla çıxış etmişlər.
Sonda şəhidimizlərimizin həyat və döyüş yoluna həsr olunmuş filim tədbir iştirakçılarına nümayiş etdirilmişdir.








