“Vətən uğrunda canından keçənlər” mövzusunda anım tədbiri keçirilmişdir.
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndələri Dəniz Tahirova və Nurdan İbahovanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun və Quba Tarix-Diyarşünaslıq Muzeyinin Şəhidlər muzeyi filialının təşkilatçılığı ilə “Vətən uğrunda canından keçənlər” mövzusunda anım tədbiri keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar Quba rayon Şəhidlər Xiyabanında Vətən uğrunda canlarından keçmiş əziz şəhidlərimizin məzarlarını ziyarət etmiş və Şəhidlər Muzeyi ilə tanış olmuşlar.
Tədbirin bədii hissəsində “20 Yanvar” faciəsinin tarixi mahiyyəti haqqında məlumat verilmiş, xalqımızın azadlıq mübarizəsindən və birliyindən bəhs edilmişdir. Sonda fəalların çıxışı, şerləri dinlənilmiş, fəallardan Lamiyə Bayramovanın və Zəhra Əsgərovanın çəkdiyi rəsmlər muzeyə hədiyyə edilmişdir.








