Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş müraciətləri daim diqqətdə saxlanılır.

21 dekabr 2023 | 19:00
24 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirərkən qəsəbə sakinləri tərəfindən Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbinin yaxınlığında yerləşən artezian su quyusunun təmirinə köməklik göstərilməsi xahiş edilmişdir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələnin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, qısa müddət ərzində Rayon İcra Hakimiyyətinin, Barlı bələdiyyəsinin, digər aidiyyəti təşkilatların və Bağbanlı qəsəbə sakinlərinin birgə köməyi ilə artezian su quyusu təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Bununla da, Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbinin və qəsəbənin yüzə yaxın ailəsinin içməli su təchizatı sahəsindəki çətinlik aradan qaldırılmışdır.
Keçidlər