Vətəndaşların növbəti qəbulu keçirilib.
30 aprel 2025 | 18:09
Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən 8 nəfər Quba rayon sakinin müraciətləri dinlənilmiş və onların müxtəlif sahələrdə qarşılaşdıqları problemlər diqqətlə araşdırılmışdır.