Vətəndaşların növbəti qəbulu keçirilmişdir
Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Quba Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov müntəzəm olaraq vətəndaş qəbulları keçirilir.
24 iyul 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
Qəbulda iştirak etmiş, hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, digər qaldırılan məsələlərlə bağlı isə aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar sakinlərin qəbulu və müraciətlərinə həssaslıqla baxılması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə etmişlər.