Vətəndaşların növbəti səyyar qəbulu Alekseyevka kəndində keçirilmişdir.
02 iyun 2022 | 15:29
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Alekseyevka kənd tam orta məktəbində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəsi, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.