Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Birinci Nügədi kəndində keçirilmişdir.

26 iyul 2022 | 15:16
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Birinci Nügədi kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliy Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən məişət tullantılarının daşınması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Birinci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə avtomobil hədiyyə olunmuşdur.
Keçidlər