Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Buduq kəndində keçirilmişdir.

01 sentyabr 2022 | 15:10

1 sentyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Buduq kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Qalib Səməd oğlunun Buduq kənd ibtidai məktəbinin önündə qoyulmuş büstünü ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. 

Keçidlər