Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Məckəxacə kəndində keçirmişdir.

29 noyabr 2022 | 15:50

29 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rustov kənd inzibati ərazi dairəsinin Məckəxacə kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər