Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Talabıqışlaq kəndində keçirilmişdir.

09 iyun 2022 | 14:48
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Talabıqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin xətti ilə Talabıqışlaq kəndində tikilməkdə olan tibb məntəqəsində işlərin gedişatı ilə tanış olmuşdur.
Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Keçidlər