Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Təngəaltı kəndində keçirilmişdir.

29 iyul 2022 | 19:22

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Çiçi İnzibati ərazi dairəsinin Təngəaltı kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər