Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

18 may 2023 | 18:27

Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar xanım Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Əli Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və qazilər, YAP Quba rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuşdur.

Keçidlər