Xaltan kəndində vətəndaşlarla səyyar qəbul keçirildi.
Xaltan kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.
2 iyul 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xaltan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, Quba rayonunda görülən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermiş. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilmiş, onların operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Xaltan kəndinin mərkəzində və Xaltan kənd tam orta məktəbində yaradılmış şəhid xatirə guşələrini ziyarət edərək önünə gül dəstələri düzmüşdür.








