Şriftin ölçüsü :

Saytın rəngi :

Xınalıq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilmişdir.

20 iyul 2023 | 16:53

20 iyul 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Xınalıq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

         Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov aidiyyəti şəxslərlə birlikdə güclü leysan yağışlarının Bostankeş kəndində törətdiyi fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmuşdur.

Keçidlər