Xınalıq kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
23 iyun 2026 | 16:24
Xınalıq kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
23 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xınalıq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Xınalıq kənd internat tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Rüfət Kəlbiyevin büstünün önünə gül dəstələri düzmüşdür.








