Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir
26 fevral 2023 | 17:50
Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar Quba rayonunda çoxsaylı silsilə tədbirlər keçirilmiş, fevralın 26-da matəm əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilmiş, saat 17:00-da bütün rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqqiqəlik sükutla yad edilməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış və avtomobillərin səs siqnalları verilməsi təşkil olunmuşdur.