“Xocalı soyqırımına hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.
24 fevral 2023-cü il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımına hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonumuzda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonumuzda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərlə görüşərək, onların qayğıları ilə maraqlanmışdır.