Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Partiyanın Veteranlar Şurası üzvlərinin “Heydər Əliyev İli” çərçivəsində gənclərlə görüşü keçirilmişdir.

09 iyun 2023 | 17:16

9 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Partiyanın Veteranlar Şurası üzvlərinin “Heydər Əliyev İli” çərçivəsində gənclərlə görüşü keçirilmişdir. Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, qonaqlar, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və bir qrup Partiya fəalı Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ardınca qonaqlar Quba rayon Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və Mərkəzdə görüş davam etdirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, YAP Quba rayon təşkilatının fəalları, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan gənclər iştirak etmişlər.

Keçidlər