Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il keçir.

25 oktyabr 2022 | 19:19

25 oktyabr 2022-ci il tarixdə Quba rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamovun, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Elnarə Akimovanın, YAP Mərkəzi Aparatın məsul şəxsi Orxan Bayramovun, YAP Quba rayon təşkilatının sədrinin, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi və rayonun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. Sonra isə Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş filmin nümayişi ilə konfrans başlanmış, daha sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Elnarə Akimova, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, şəhid anası Xalidə Niftəliyeva çıxışlar etmişlər. Konfransın sonunda Yeni Azərbaycan Partiyasının işində fərqlənmiş bir sıra şəxslərə fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.

Keçidlər